Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Cənubi Koreya yeni dəniz platforması layihəsini təqdim edib

Cənubi Koreyada yerləşən, müdafiə sistemləri istehsalçısı olan “Hanwha Ocean” şirkəti “ADEX 2023” sərgisində yeni dəniz platforması layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət tərəfindən hazırlanan konsepsiya “Ghost Commander” adlanır və müxtəlif sistemləri birləşdirir.

“Ghost Commander” müasir dəniz sistemləri şəraitində birdən çox sistem və bölmənin ehtiyaclarını bir platformada bir araya gətirir.

Gələcək döyüş və müdafiə ehtiyaclarına əsaslanan bir təşəbbüs olaraq hazırlanmış “Ghost Commander” insansız sistemlərə və gələcək hərbi texnologiyalara artan ehtiyacları proqnozlaşdırır.

“Ghost Commander” insansız gəmi layihəsidir, hava, suüstü və sualtı insansız bölmələrin yerləşdirilməsinə imkan verir və üç konseptual modeldən ibarətdir. Bunlar 16 000 tonluq əsas gəmi, 5 000 tonluq ikinci dərəcəli gəmi və 3 000 tonluq sualtı qayıq kimi layihələndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır