Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Koreya gəmiqayırma zavodları üçün Çindən gəmi blokları idxal ediləcək

“HD Hyundai Heavy Industries” (“HHI”) 50 illik tarixində ilk dəfə olaraq Çindən ticarət gəmisi üçün tikinti blokları idxal etməyi düşünür. İndiyədək mülki gəmiqayırma üçün bütün bloklar “HD HHI”-nin Koreyalı tərəfdaşları tərəfindən istehsal edilib.

“Seanews.az” xəbər verir ki, çinli subpodratçıların istifadəsi Koreya tərsanələrində işçi qüvvəsi çatışmazlığı ilə bağlıdır. Gəmiqayırma sənayesi 2022-ci ildən mayeləşdirilmiş təbii qaz daşıyıcıları üçün sifarişlərin artması ilə inkişaf edir. Buna cavab olaraq gəmi istehsalçıları və onların təchizatçıları əmək haqqını artırdılar və işçiləri kütləvi şəkildə işə götürdülər.

“Businesskorea” bildirir ki, yeni sifarişlər iki-üç ildən sonra ödəniləcəyi üçün gəmiqayırma müəssisələrinin əmək haqqı xərcləri məhduddur.

Nəşr gəmiqayırma zavodunun Geojedəki tərəfdaş şirkətinin adı açıqlanmayan nümayəndəsindən sitat gətirir: "Koreya gəmiqayırma müəssisələri əmək haqqı xərcləri ilə bağlı daha çox vəsait ödəməkdə çətinlik çəkirlər. Beləliklə, son çarə olaraq, xərclərin strukturunu sabitləşdirmək üçün blokları Çindən idxal edirlər."

Eyni zamanda, Koreyanın üç ən böyük gəmi istehsalçısı – “HD HHI”, “Hanwha Ocean” və “Samsung Heavy Industries” şirkətləri blokların istehsalı üçün Çindən asılı olmaqdan qorxurlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır