Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Leonardo da Vinçi” gəmisi 3,8 milyard dollar dəyərində strateji layihə üzrə fəaliyyətə başlayıb

Dünyanın ən böyük və qabaqcıl elektrik kabeli çəkən “Leonardo da Vinçi” gəmisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Abu Dabi National Oil Company” (ADNOC) milli neft şirkətinin törəmə müəssisəsi TRANSCO vasitəsilə 3,8 milyard dollar (13,95 milyard AED) dəyərində strateji layihə üzrə fəaliyyətə başlayıb.

AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, bu innovativ layihə sayəsində Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda ilk dəfə yüksəkgərginlikli elektrik cərəyanının birbaşa sualtı ötürmə sisteminin (HVDC) inkişafı və istismarı həyata keçiriləcək. O, ADNOC-un dənizdəki istehsal əməliyyatlarını da daha təmiz və səmərəli enerji ilə təmin edəcək.

Layihə çərçivəsində dənizin dibində 1000 kilometr uzunluğunda lifli optika ilə birləşdirilmiş HVDC kabelləri çəkiləcək və ötürmə sisteminin iki müstəqil sualtı konvertor stansiyasının gücü 3,2 GW olacaq.

“Prysmian Group”a məxsus “Leonardo da Vinci” kabel çəkmə gəmisi dörd aylıq müddətə Avropadan BƏƏ-yə gətirilib. Əbu-Dabinin qərb sahilindəki Mirfa ilə dənizdəki Zakum klasteri arasında olan məsafədə fəaliyyət göstərən “Leonardo da Vinci” ilk 134 kilometrlik marşrut boyunca paketlənmiş kabelləri çəkəcək, sonra geri qayıdaraq ikinci 141 kilometrlik akvatoriya boyunca həmin əməliyyatı yerinə yetirəcək.

Dənizdə elektrikləşdirmə layihəsinin kommersiya əməliyyatlarına 2025-ci ildə başlanacaq. Layihənin ADNOC-un dəniz əməliyyatlarının karbon izini 50 faizə qədər azaldacağı, mövcud dəniz qaz turbin generatorlarını Əbu-Dabi qurusunda mövcud olan daha dayanıqlı enerji mənbələri ilə əvəz edəcəyi gözlənilir.

Bu layihənin dəyərinin 50 faizindən çoxu ADNOC-un Ölkədaxili Dəyər (ICV) proqramı çərçivəsində BƏƏ iqtisadiyyatına geri qaytarılacaq.

Layihə 2021-ci ilin dekabrında elan edilib. Onun maliyyələşdirilməsində Koreya Elektrik Enerjisi Korporasiyası (KEPCO) və Yaponiyanın “Kyushu Electric Power Co” konsorsiumu da iştirak edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır