Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“HD Hyundai Heavy Industries” və iki İT şirkəti rəqəmsal tərsanənin yaradılması üzərində işləyəcək

Cənubi Koreyanın ən böyük gəmiqayırma və sənaye şirkəti “HD Hyundai Heavy Industries” (“HHI”) iki aparıcı intellektual proqram təminatçısı – “NAPA” və “Cadmatic” ilə birlikdə 3D gəmi layihələndirilməsi üzrə elmi-texniki layihədə iştirak edəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə “Cadmatic”in mətbuat xidməti məlumat yayıb.

Birgə layihə çərçivəsində gəmilərin layihələndirilməsi və informasiya axınının idarə edilməsi üçün proqram həlli hazırlanacaq. Bundan əlavə, məhsulun PLM sistemi işlənəcək/

“Bu, “HD Hyundai Heavy Industries” şirkətinə “rəqəmsal tərsanə”nin yaradılmasına kömək edəcək. Burada ağıllı məlumatlar ilkin layihə mərhələlərindən tikinti və istehsala qədər prosesin optimallaşdırılmasını dəstəkləyir və sonra bütün həyat dövrü boyunca gəmi haqqında dəyərli məlumatlar təqdim edir”, - “Cadmatic” bildirib.

Layihənin icrası zamanı iştirakçılar daha böyük və mürəkkəb layihələrdə tikinti müddətinin və xərclərin azaldılması, keyfiyyətin yüksəldilməsi kimi məqsədlərə nail olmağı planlaşdırırlar. Platforma gəmiqayırma zavodunun müxtəlif bölmələri arasında əməkdaşlıq quracaq və gəmilərin layihələndirilməsi və tikintisi ilə məşğul olan mütəxəssislər arasında məlumat mübadiləsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Gözlənilir ki, “HD”-nin rəqəmsallaşdırılması vasitəsilə “Hyundai Heavy Industries” gəmi sahiblərinin dekarbonizasiyaya - alternativ yanacaqla işləyən ən son nəsil gəmilərə keçidə töhfə verəcək və sərt yelkən sistemi ilə innovativ layihələrə artan tələbatı ödəyə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır