Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Quru yük gəmisində rotor yelkənləri quraşdırılacaq

Donanma sahibi və operatoru “Baltrader Capital” (Hamburq, Almaniya) Finlandiyanın köməkçi hərəkət sistemləri istehsalçısı “Norsepower” şirkəti ilə rotor yelkənlərinin tədarükü üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, sistem sementin daşınması üçün nəzərdə tutulmuş “Cemcommander” quru yük gəmisində quraşdırılacaq. Çatdırılma 2024-cü ilin yayına nəzərdə tutulub.

“Baltrader” üçün həmin gəmi hazırda Çinin “Jiangsu Zhenjiang Shipyard” tərsanəsində tikilir. Ekoloji cəhətdən təmiz quru yük gəmisi layihəsi Almaniyanın “SDC Ship Design & Consultants” (Hamburq) konstruktor bürosu tərəfindən hazırlanıb.

“Norsepower Rotor Sails” sistemi ilk dəfə 2014-cü ildə bazara çıxarılıb. Şirkət külək enerjisindən istifadə edən gəmilər üçün Anton Flettnerin hələ 1925-ci ildə hazırladığı texnologiyanı təkmilləşdirmişdir. Belə bir rotorun modernləşdirilmiş növü yığcamdır və hündürlüyü 24 metr, diametri 4 metr olan içi boş silindrdən ibarətdir.

Qeyd edək ki, Finlandiyanın “Norsepower” şirkəti gəmiçilik sənayesi üçün alternativ enerji mənbələri və müasir köməkçi külək mühərrikləri texnologiyaları hazırlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır