Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Çinin dərin dəniz aparatı Atlantik okeanında araşdırmalara başlayıb

Çinin "Jiaolong" dərin dəniz aparatı Atlantik okeanında ilk dalışını edib.

“Seanews.az” “Sinxua”-ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Təbii Sərvətlər Nazirliyinin Okean İşləri İdarəsi məlumat yayıb.

Bildirilir ki, “Jiaolong” Atlantik okeanının cənubunda 23 uğurlu dalış edib və çətin mühitə malik bir neçə hidrotermal zonada əməliyyatlar həyata keçirib. Sualtı aparat təxminən 300 geoloji və bioloji nümunə, həmçinin təxminən 4 terabayt ətraf mühit məlumatları və vizual materiallar toplayıb.

Tədqiqatın nəticələri Cənubi Atlantik Okeanının biomüxtəlifliyini, dərin dənizlərii daha yaxşı anlamağa, qorumağa və istifadə etməyə kömək edəcək. "Jiaolong" dərin dəniz aparatı Çinin “Şenhay-1” tədqiqat gəmisi tərəfindən daşınır.

Ekspedisiya zamanı “Jiaolong” sualtı aparatı ümumilikdə 46 dalış edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır