Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkiyənin Hərbi-Dəniz Qüvvələri MİDLAS şaquli raket buraxılışı qurğusu ilə təchiz edilir

Türkiyə MİDLAS raketi üçün şaquli buraxılış qurğusunu ölkənin Hərbi-Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilərə yerləşdirir.

AZƏRTAC xəbər verir ki, müxtəlif növ raketlərin buraxılması üçün nəzərdə tutulan bu qurğulardan birincisi, bu ilin yanvar ayında Türkiyə HDQ-nin balansına köçürülmüş TCG İstanbul freqatına inteqrasiya edilib.

MİDAS qurğusunun hazırlanması layihəsi Türkiyə Prezidenti Administrasiyasının nəzdindəki Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi altında həyata keçirilib. Dövlət sınaqları yaxın dövr üçün nəzərdə tutulub ki, bu da Türkiyənin müdafiə sahəsində idxal texnikasının sürətlə əvəzlənməsinə töhfə verəcək.

Əvvəlki sınaqlar zamanı MİDLAS qurğusundan “HİSAR-D RF” tipli yerli raketin uğurla buraxılması həyata keçirilib.

Tezliklə MİDLAS qurğusundan Türkiyə istehsalı olan SİPER Blok-1 və ATMACA raketlərini işə salmaq üçün istifadə edilməsi planlaşdırılır ki, bu da ölkəni, donanmasının ehtiyacları üçün öz Raket və Hava Hücumundan Müdafiə sistemlərini inkişaf etdirə bilən dövlətlər sırasına çıxaracaq.

Növbəti mərhələdə isə liman strukturlarını və dəniz bazalarını qorumaq üçün MİDLAS qurğusunun yerüstü versiyalarının hazırlanması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır