Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Hindistan Gəmiçilik Reyestri Gəmiqayırma Zavodu ilə avtonom gəmi layihəsi üzərində işləyir

Hindistan Gəmiçilik Reyestri (“IRS”) və Hindistan gəmi istehsalçısı “Cochin Shipyard” (“CSL”) yerli gəmiqayırma texnologiyalarını inkişaf etdirmək və hər iki təşkilatın imkanlarını artırmaq məqsədi daşıyan çərçivə sazişi imzalayıb.

“Seanews.az” xəbər verir ki, “CSL” tərəfindən tamamilə yerli pilot layihə kimi inşa ediləcək “Swayat” adlı avtonom gəminin hazırlanması və sertifikatlaşdırılması üçün ayrıca əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu layihənin əsas tərəfdaşları “KPIT” və avtonom sistemlər və komponentlər üzrə ixtisaslaşmış digər Hindistan istehsalçılarıdır. Gəmi avtonom və uzaqdan idarə olunan gəmilər üçün “IRS” qaydalarına uyğun təsnif ediləcək. Gələcək gəminin kibertəhlükəsizlik aspektləri də “IRS” qaydalarına uyğun nəzərdən keçiriləcək.

Layihəyə həmçinin yerli tərtibatçılar tərəfindən hazırlanmış və “IRS” mütəxəssisləri tərəfindən yoxlanılacaq naviqasiya və rabitə sisteminin sertifikatlaşdırılması daxildir. Aparıcı institutlarla əməkdaşlıq avtonom gəmi layihəsi və simulyasiya tədqiqatlarında əsas rol oynayacaq.

Qeyd edək ki, “Coching Shipyard” (“CSL”) Hindistanın dövlət şirkətidir. Avropa və Yaxın Şərq şirkətləri ilə müqavilələr əsasında gəmiqayırma və gəmi təmiri layihələri həyata keçirir, həmçinin ilk Hindistan hərbi gəmisinin inşası üçün sifariş alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır