Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

LNG tankeri ilk dəfə “Wind Challenger” sərt yelkən sistemi ilə təchiz ediləcək

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) xətti gəmiçilik şirkəti ekoloji cəhətdən təmiz köməkçi hərəkət sistemi kimi teleskopik sərt yelkən sistemi ilə təchiz edilmiş mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin konsepsiyası üçün “ClassNK”-dan prinsipial təsdiq almışdır.

“Seanews.az”-ın məlumatına görə, layihə “MOL” və Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkətinin mühəndisləri tərəfindən hazırlanıb.

“MOL” gəmiçilik şirkətinin “Hanwha Ocean”-a sifariş etdiyi 174 min kubmetr tutumlu LNG tankeri iki “Wind Challenger” yelkəni ilə (“MOL” və “Oshima Shipbuilding”-in birgə işi) təchiz olunacaq.

Hazırda gəminin ilkin cizgiləri hazırlanır.

Təsdiq almaq üçün üç layihə iştirakçısı yelkənin yeri, görünüşü, fövqəladə vəziyyətdə əməliyyat və digər təhlükəsizlik tədbirləri kimi amilləri hərtərəfli araşdırıblar. Fransanın “GTT” şirkəti isə yeni yelkən qurğusunun yükgötürmə qabiliyyətini qiymətləndirib və onun yük çənlərinin struktur təhlükəsizliyinə təsirini sınaqdan keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır