Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Gəmiləri robotlar rəngləyəcək

“Damen” qrupunun Dunkerkdəki “Damen Shiprepair Dunkerque” gəmi təmiri müəssisəsi “SERCEL Grup”-un törəmə şirkəti olan “AMBPR” ilə avtonom yuma və rəngləmə işləri görən robotların istehsalı üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, satınalma qərarından əvvəl avadanlığın uğurlu yekun sınaqları aparılıb.

Robotlar rəngləmə ilə yanaşı, yuma, təmizləmə, hətta yoxlama baxışı keçirmək də daxil olmaqla bir çox işləri yerinə yetirmək üçün proqramlaşdırıla bilər.

Cihazların dəyişdirilməsi istisna olmaqla, personalın prosesdə iştirakı tələb olunmur, bu da insanların sağlamlığı üçün riski azaldır. Cihazları dəyişdirmə üçün isə 20 dəqiqə kifayətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır