Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

“MOL” avtomobil daşıyan gəmilərini “Kapitanın gözü” ilə təchiz edəcək

“Mitsui OSK Lines” (“MOL”) gəmidə yanğınların erkən aşkarlanması üçün mayeləşdirilmiş təbii qazla (LNG) işləyən avtomobil daşıyıcılarının əksəriyyətinin yük bölmələrində “Kapitanın gözü” (“Captain’s Eye”) adlandırılan kameraları və süni intellekt sistemləri quraşdırmağı planlaşdırır.

“Seanews.az”-ın məlumatına görə, ilk növbədə, tikintisi artıq sifariş edilən 10 avtomobil daşıyıcısı bu texnologiya ilə təchiz olunacaq. Şirkət həmçinin artıq istismarda olan gəmilərin “Kapitanın gözü” ilə təchiz edilməsi imkanlarını da nəzərdən keçirəcək.

“MOL”-un bütün avtomobil daşıyan gəmiləri xəbərdarlıq sistemləri ilə təchiz olunsa da, şirkət süni intellekt texnologiyasının tüstü və ya yanğını daha tez aşkar edəcəyinə ümid bəsləyir. Bundan əlavə, yük anbarlarında baş verənlərin görüntülərini həm gəmidə, həm də sahildə görmək olar. “Bu, bizə yanğına daha tez reaksiya verməyə imkan verəcək”, – şirkət qeyd edir.

Qetd edək ki, bir müddət əvvəl “Kapitanın gözü” texnologiyası “MOL” şirkətinin "Onyx Ace" avtomobil daşıyıcısında sınaqdan keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır