Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

Gəmilərdən gələn sualtı səs-küyün səviyyəsi tənzimlənəcək

Cənubi Koreyanın “Samsung Heavy Industries” (“SHI”) gəmiqayırma şirkəti işləyən gəminin yaydığı sualtı səs-küyü dəqiq təhlil etmək üçün mülki gəmiqayırma seqmentində texnologiyadan istifadə etməyə başlayıb.

“Seanews.az”-ın məlumatına görə, “The Korea Economic Daily” qəzetinin saytında belə deyilir.

Bildirilir ki, sonardan istifadə etməklə səs siqnallarının təhlili müxtəlif mənbələrdən gələn səs-küyün intensivliyini, istiqamətini və məsafəni təyin etməyə imkan verir. Əvvəlcə bu texnologiya dəniz əməliyyatlarında hərbi gəmiləri aşkar etmək üçün istifadə olunurdu. İndi ondan kommersiya gəmilərindən gələn sualtı səs-küyün tədqiqi sahəsində yararlanırlar.

“SHI” sınağı 174 min kubmetr LNG daşıyıcısının səs-küy mənbəyini uğurla təhlil edib. Gələcəkdə “Samsung Heavy Industries” mühəndislərinin gəmidən gələn sualtı səs-küyün səbəblərini və nəticələrini təhlil edə, quru dokda olan gəmilərdə səs-küy mənbələrini təsnif edə, gəmi sürəti və su axını kimi dəyişənlər üçün gözlənilən səs-küy səviyyələrini proqnozlaşdıra biləcəkləri gözlənilir.

Sualtı gəmi səsləri pərvanələrin, gəminin konstruksiyasının və onun mexanizmlərinin fırlanması nəticəsində yaranır ki, bu da dəniz ekosistemlərinə, o cümlədən dəniz məməlilərinə və balıqlara birbaşa təsir göstərə bilər. Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə gəmilərdən gələn sualtı səs-küyün səviyyəsinin tənzimlənməsi zərurəti ilə bağlı müzakirələr aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır