Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-24,
Seanews
Heyder Eliyev

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

“South China Morning Post” nəşri məlumat verir ki, çinli alimlər dünyada ilk dəfə sualtı qayıqdan buraxılan və həm su altında üzə, həm də uça bilən pilotsuz uçuş aparatı hazırlayıblar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, açılıb-bağlanan qanadlarının unikal konstruksiyası hesabına dron bir uçuşda hava və su məkanı arasında bir neçə dəfə yerini dəyişə bilir ki, bu da onun maskalanma və xilas olma imkanlarını xeyli artırır.

Uçmaq üçün istifadə etdiyi pərlərini aparat 5 saniyə ərzində yığır və füzelyaja kip bağlanır. Bu isə onun suya qarşı müqavimətini xeyli azaldır. Aparatın xüsusi üzgüçülük vintləri onun su altında hərəkətini təmin edir. Dron sualtı qayıqdan buraxılır, missiyası bitəndən sonra həmin yerə də qayıdır. Havada yüksək manevr qabiliyyəti və su altında işləmə imkanları aparatı kəşfiyyat və zərbə endirmək üçün istifadə etməyə şərait yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır