Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-05,
Seanews
Heyder Eliyev

Danimarka Hərbi Dəniz Qüvvələri üç yeni patrul gəmisi alacaq

Danimarka 2025-ci ildə vertolyotlar və uzaq mənzilli dronları daşıya bilən üç yeni patrul gəmisi almağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, krallığın Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Söhbət yerli “Danske Patruljeskibe K/S” konsorsiumu ilə müqavilə əsasında 2023-cü ilin iyun ayından hazırlanan layihədən gedir. Yeni gəmilər Danimarka nəşri “DR”-in "köhnə və döyülmüş" kimi təsvir etdiyi dörd “Thetis” sinifli patrul gəmisini əvəz etməlidir.

"Hərbi kəşfiyyat Arktika və Şimali Atlantikada təhlükə səviyyəsinin artdığını təxmin edir. Təhlükəsizlik vəziyyəti əlavə təşəbbüslər tələb edir. Üç yeni gəmi Qrenlandiyanı səmərəli şəkildə qoruyacaq", - Danimarkanın Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, yanvarın 25-də mətbuatda ABŞ prezidenti Donald Trampın Danimarkanın Baş naziri Mette Frederiksenlə telefon danışığında Qrenlandiyanın ABŞ-yə satılmasını sərt şəkildə tələb etdiyi barədə məlumat yayılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır