Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” iki yanacaqla işləyən konteyner gəmiləri sifariş edib

“Hapag-Lloyd” Cənubi Koreya müəssisəsinə yeni seriyalı konteyner gəmiləri sifariş edib.

“Seanews.az” xəbər verir ki, “Hanwha Ocean” gəmiqayırma zavodunda iki yanacaqla işləyən və hər birinin tutumu 16,8 min ton olan altı konteyner gəmisi tikiləcək. Konteyner gəmilərinin 2027-2028-ci illərdə sifarişçiyə çatdırılması planlaşdırılır.

Xatırladaq ki, ötən ilin payızında “Hapag-Lloyd” Çinin “Yangzijiang Shipbuilding” gəmiqayırma zavodu ilə iki yanacaqla işləyən 17 min tonluq 12 gəminin tikintisi üçün müqavilə imzalamışdı. Onların inşası “yaşıl maliyyə” ilə təmin edilib. Razılaşmaya 2028 və 2029-cu illərdə çatdırılmaqla daha altı konteyner gəmisi üçün seçimlər daxildir.

Qeyd edək ki, “Hapag-Lloyd” hələ 2020 və 2021-ci illərdə “Hanwha Ocean”-a (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”)) 23 000 tonluq konteyner gəmiləri sifariş etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır