Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

“HD Hyundai” ticarət gəmilərində süni intellektin tətbiqinə başlayıb

“HD Hyundai Marine Solution” (“HMS”) şirkətinin “OceanWise” süni intellektə əsaslanan gəmi marşrutlarının optimallaşdırma sistemi yanacaq sərfiyyatını və istixana qazı emissiyalarını azaldacaq.

“Seanews.az” xəbər verir ki, “OceanWise” sistemi ilə təchiz ediləcək ilk gəmi “SK Shipping” şirkətinin 318 000 tonluq “C.Brave”  neft tankeri olacaq. 2025-ci ilin yanvar ayının sonlarında “HMS” şirkəti “SK Shipping” və logistika operatoru “Hyundai Glovis” ilə çoxsaylı gəmiləri sistemlə təchiz etmək üçün müqavilələr imzalayıb.

2024-cü ilin aprel ayından etibarən sistem tankerlərdə sınaqdan keçirilir. Ümumi uzunluğu 106 min km olan 13 marşrut üzrə sınaqlar göstərib ki, trayektoriyanın optimallaşdırılması yanacaq sərfiyyatını orta hesabla 5,3% azaltmağa imkan verir. İldə 10 000 ton yanacaq istehlak edən gəmi üçün bu, 241 000 dollar qənaət deməkdir.

Qeyd edək ki, sınağın nəticələrinin dəqiqliyini artırmaq üçün “HMS” eyni vaxtda iki gəmi yoxlama metodundan istifadə edib. İkinci səfər zamanı kapitanlar dəyişdirilib. Bu, subyektiv amilləri minimuma endirməyə və məlumatların etibarlığını artırmağa imkan verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır