Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

“Alcyone” tankeri optimal marşrut seçmək üçün rotor yelkənləri və rəqəmsal sistemlə təchiz edilib

Finlandiyanın külək mühərriki sisteminin yaradıcısı “Norsepower Oy” şirkəti “Climate Tech startap Syroco” (“Syroco”) ilə birlikdə Fransanın tanker donanmasının operatoru “Socatra”-nın gəmisini iki rotor yelkəni və rəqəmsal sistemlər kompleksi ilə təchiz edib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Norsepower” mətbuat xidməti məlumat yayıb.

“Norsepower” və “Socatra” arasında müqavilə 2023-cü ilin yanvarında bağlanıb. Hündürlüyü 35 metr, diametri 5 metr olan iki rotor yelkəninə əlavə olaraq, gəmi indi küləyin gücü və istiqaməti, dənizin dalğalanması və cərəyanı da daxil olmaqla hava şəraitini nəzərə alaraq optimal marşrutu seçən rəqəmsal texnologiya ilə təchiz olunub. Hər səfərdə 21%-ə qədər yanacaq qənaəti rotor yelkənlərinin effektivliyini nümayiş etdirib.

Qeyd edilir ki, “Syroco”-nun texnoloji həlli “Norsepower” rotor yelkən sistemi ilə təchiz edilmiş hər bir gəmi üçün rəqəmsal əkizin yaradılmasını əhatə edir. Gəminin virtual təsviri əsas xüsusiyyətləri nəzərə alır: gövdə konstruksiyası, yelkən sahəsi, çıxan hissələr, güc qurğuları. Rəqəmsal əkiz gəmi operatorlarına təxmini gəliş vaxtlarını, təhlükəsizlik məhdudiyyətlərini və yük parametrlərini nəzərə alaraq real vaxt rejimində marşrutları optimallaşdırmağa imkan verir.

Qeyd edək ki, Fransa bayrağı altında üzən “MR” tipli “Alcyone” kimyəvi tankeri Cənubi Koreyanın “Hyundai Mipo” tərsanəsində 2022-ci ildə inşa edilib. Gəminin dedveyti 50 min tondur. Tanker Fransanın “TotalEnergies” enerji şirkəti tərəfindən uzunmüddətli çarter müqaviləsi əsasında icarəyə götürülüb.

Finlandiyanın “Norsepower” şirkəti gəmiçilik sənayesi üçün alternativ enerji texnologiyaları, müasir köməkçi külək hərəkəti sistemləri hazırlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır