Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-18,
Seanews
Heyder Eliyev

Rotterdam limanında sərnişin gəmilərini elektrik enerjisi ilə təmin edən yarımstansiya tikilib

Rotterdam limanındakı kruiz terminalında sərnişin gəmilərini elektrik enerjisi ilə təmin edəcək sahil yarımstansiyası istismara verilib.

“Seanews.az” xəbər verir ki, obyekt 22 aya tikilib.

“AIDA Cruises” şirkətinə məxsus “AIDAnova” layneri terminalda dayanarkən elektrik enerjisi alan ilk gəmi olacaq.

Layihənin tikintisi kruiz terminalının fəaliyyəti dayandırılmadan həyata keçirilib. Yarımstansiya işə salındıqdan sonra ilk il ərzində Rotterdam limanındakı kruiz gəmilərinin təxminən 75%-i sahil enerjisinə qoşula biləcək. Ehtimal olunur ki, bu, karbon qazı, azot emissiyalarını, həmçinin yanalma gəmilərindən gələn səs-küyün səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq.

Elektrik stansiyası Danimarkanın “PowerCon” şirkəti tərəfindən tikilib. Kompleksə sahilyanı yarımstansiya və körpü boyunca çəkilmiş 230 metrlik yeraltı kabel kəməri daxildir.

Xatırladaq ki, Avropa qanunvericiliyi 2030-cu ilədək qitə limanlarına yan alan bütün kruiz gəmilərinin sahil elektrik stansiyalarından istifadə etməsini nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır