Dünyanın ən sürətli elektrik gəmisi hər cəhətdən sərfəlidir
İsveç istehsalçısı “Candela”-nın dünyanın ilk elektriklə işləyən “P-12” layihəli “Nova” adlı sualtı qanadlı sərnişin bərəsi bu həftə Stokholmun ictimai nəqliyyat sistemində xidmətə qayıdacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin payızında istismara verilən “Nova” bərəsi ötən naviqasiya mövsümündə səmərəliyini nümayiş etdirib. Fəaliyyət göstərdiyi Eckerö şəhər mərkəzi ilə Stokholm şəhər zalı arasındakı marşrutda sərnişinlərin sayı 30% artıb. Gəmi 120 səfərdə 2326 sərnişin daşıyıb.
25 düyün sürətlə hərəkət edən “Nova” hazırda dünyanın ən sürətli elektrik gəmisidir. İstehsalçıya görə, bu bərə eyni marşrutda üzən “Lux” və “Sunnan” dizel gəmiləri ilə müqayisədə 95% az karbon qazı buraxır və hər bir sərnişin-kilometrə 84% az enerji sərf edir.
“Candela”-nın baş direktoru və təsisçisi Qustav Hasselskoq deyib ki, şirkət üçün texnologiyanın ictimai nəqliyyat sistemində intensiv istifadəyə uyğun olduğunu nümayiş etdirmək vacibdir. “Bu, bizim sualtı qanadlı gəmilərimizin üçüncü nəslidir: “100-dən çox gəzinti gəmisi istehsalında əldə edilmiş təcrübəyə əsaslanaraq, tələbatı ödəmək üçün istehsalı artırırıq”.