Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-05,
Seanews
Heyder Eliyev

Çin limanların avtomatlaşdırılması sahəsində liderliyini möhkəmləndirir

Çin dəniz limanlarının avtomatlaşdırılması sahəsində dünyada liderlik edir.

“Seanews.az” xəbər verir ki, ölkədə artıq 52 avtomatlaşdırılmış (konteyner və dənəvər yüklər üçün) terminal tikilib. Bu da həm istismar edilən, həm də tikilməkdə olan obyektlərin sayına görə dünyada ən yüksək göstəricidir.

Çinin müasir avtomatlaşdırılmış limanlarında bütün əməliyyatlar uzaqdan idarə olunur. Məsələn, Şandun əyalətindəki Sindao limanında avtomatlaşdırılmış kranlar konteynerləri pilotsuz nəqliyyat vasitələrinə ötürür. Nəticədə səmərəlik 6%, ötürücülük qabiliyyəti isə 15% artıb.

Yükaşırma müəssisələrinin avtomatlaşdırılması sahəsində lider olan Çin ağıllı limanlar üçün texniki standartları da fəal şəkildə inkişaf etdirir. Son illərdə avtomatlaşdırılmış konteyner və kömür terminalları üçün layihə kodları kimi çoxsaylı sənaye standartları nəşr edilmişdir.

Qeyd edilir ki, ağıllı liman modernləşdirilməsi ölkədə yükaşırma əməliyyatlarının səməriliyini və xidmət imkanlarını xeyli yaxşılaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır