Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

“Lomar Shipping” gəmilərinin dizel yanacağı və hidrogen qarışığı ilə işləməsini sınaqdan keçirir

Britaniyanın “Lomar Shipping” şirkətinin innovativ “Lomarlabs” bölməsi hidrogen-dizel hibrid güc mühərriklərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşan “Newlight” ilə əməkdaşlıq edəcəyi pilot layihəyə start verib.

“Seanews.az” “iTCrumbs”-a  istinadən xəbər verir ki, layihə çərçivəsində “Lomar” gəmisi dizel yanacağı və hidrogen qarışığı ilə işləmək üçün təkmilləşdiriləcək.

Zəruri məlumatları toplamaq və məhsuldarlığı qiymətləndirmək üçün gəmi 2025-ci ilin yayında dəniz sınaqlarından keçəcək.

“Lomarlabs” qeyd edir ki, donanma sahibləri gələcəyin tələblərinə cavab verməklə gəmilərin istismar müddətini uzatmaq üçün həll yolları axtarırlar. Hidrogendən təmiz enerji mənbəyi kimi istifadə edən “Newlight” texnologiyası qənaətcil, aşağı emissiyalı həll kimi qiymətləndirilir. Mütəxəssislər gəmiçilik sənayesində texnologiyanın tətbiqini sürətləndirməyi qarşılarına məqsəd qoyublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır