Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

MSC soyuducu konteynerlərin idarə olunması üçün "iReefer" platformasını istifadəyə verib

Mediterranean Shipping Company (MSC) soyuducu konteynerlərin izlənməsi və idarə olunmasını optimallaşdırmaq məqsədilə "iReefer" adlı yeni rəqəmsal platformanı təqdim edib.

"Seanews.az" xəbər verir ki, platforma soyuducu yüklərin daşınmasında rast gəlinən çətinliklərin, xüsusilə temperaturun sabit saxlanılması kimi vacib amillərin daha effektiv idarə olunmasına xidmət edir.

MSC-nin açıqlamasında bildirilib ki, "iReefer" real vaxt rejimində konteynerlərin temperatur, rütubət, mövqeyi və səyahət tarixçəsi barədə məlumat təqdim edir.  Müştərilər bu məlumatlara "myMSC" portalı və ya API inteqrasiyası vasitəsilə çıxış əldə edə bilirlər.

Hazırda MSC 210 min soyuducu konteyneri və 500-dən çox gəmini iReefer texnologiyası ilə təchiz edib. Şirkət yaxın illərdə bu sistemin bütün donanmanı əhatə etməsini planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır