Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-12,
Seanews
Heyder Eliyev

Hər beş gəmiçilik şirkətindən biri kiberhücuma məruz qalıb

2024-cü ildə hər beş gəmiçilik şirkətindən biri kiberhücuma məruz qalıb.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, “Thetius”, “CyberOwl” və “HFW”-nin yeni hesabatında belə deyilir.

Gəmi sahibləri arasında aparılan sorğuya əsasən, ötən il respondentlərin 7%-i kiberhücumdan sonra fidyə ödədiyini etiraf edib və 2023-cü ildə bu rəqəm 14% təşkil edib. Ödənilən orta məbləği 100 min dollar, 2023-cü ildə isə 3,2 milyon dollar olub.

Sorğuda iştirak edən heyət üzvlərinin 93%-i kibertəhlükəsizlik problemlərinin öhdəsindən gəlməyə hazır olmadıqlarını, 70%-i isə təlim və məşqlər vasitəsilə onların hazırlıq səviyyələrinin yaxşılaşdırıla biləcəyini bildirib.

“CyberOwl”-un araşdırmasına görə, 2024-cü ildə gəmilərə edilən 12 000-dən çox kiberhücum hadisəsindən insidentlərin 60%-i zərərli proqramların gəmi sistemlərinə daxil edilməsi nəticəsində baş verib. Zərərli proqramların paylanması hallarının 77%-i USB disklər və çıxarıla bilən fləş kartlar, xüsusən də heyətin noutbukları vasitəsilə həyata keçirilib.

“Dəniz kibertəhlükəsizliyi üçün uyğunlaşdırılmış qaydalar, təlimatlar və standartların mövcud olmaması problemlər yaradır. "Hər il biz daha çox tələblər əlavə edirik, lakin onlar təfərrüatlı şəkildə razılaşdırılmayıb və bu, sənaye üçün kabusa çevrilir və gələcək üçün dayanıqsız bir model yaradır", - deyə Beynəlxalq Dəniz Kibertəhlükəsizliyi Konsorsiumundan bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır