Danimarka Baltik və Şimal dənizlərində ilk dəfə insansız platformalardan istifadə edəcək
Danimarka Krallığı Baltik və Şimal dənizləri kimi dünyanın ən sıx gəmi hərəkətinin müşahidə olunduğu bölgələrdə genişmiqyaslı dəniz müşahidə imkanlarını artırmaq üçün ABŞ-nin “Saildrone” şirkəti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə İnsansız Dəniz Platformalarını (İDP) istifadəyə verir.
Ordu.az xəbər verir ki, “Saildrone Voyager” tipli 4 ədəd 10 metrlik İDP müşahidə sensorları və süni zəka əsaslı məlumat sistemləri ilə təchiz olunaraq Danimarkanın sahil nəzarəti tədbirlərində iştirak edəcək.
Bu vasitələr Danimarka Silahlı Qüvvələrinin və Sahil Mühafizəsinin dənizdə vəziyyəti qiymətləndirmək və suda qeyri-qanuni hərəkətləri erkən aşkar etməyə imkanlarını artıracaq.
Danimarka müdafiə naziri Troels Lund Poulsen bildirib ki, dənizdəki təhdidlər sürətlə dəyişir və bu tip yeni texnologiyalar artıq lüks deyil, zərurətdir. Bu fonda Danimarka hökuməti sualtı və uzaqdan idarə olunan sistemlərə yönəlmiş yeni donanmanın modernləşdirilməsi proqramı qəbul edib.
“Saildrone” şirkətinin rəhbəri Con Mustin isə bildirib ki, Kopenhagendə yaradılacaq yeni texniki xidmət mərkəzi Şimali Avropada şirkətin fəaliyyət istiqamətlərini xeyli genişləndirəcək.