“Kairos” bunker gəmisi tullantılara əsaslanan bio-LNG ilə işləyəcək
“Gasum” və gəmi sahibi “Bernhard Schulte” şirkəti “Gasum”-un icarəyə götürdüyü “Kairos” bunker gəmisinin gələcəkdə tullantılara əsaslanan bio-LNG ilə işləyəcəyi barədə razılığa gəliblər.
“Seanews.az” xəbər verir ki, “Kairos”-un icarəçisi, qabaqcıl bio-LNG istehsalçısı və distribyutoru kimi “Gasum” emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına zəmanət verə bilər. “Gasum” ultra aşağı emissiyalı bio-LNG ilə təmin edir.
Mayeləşdirilmiş biometan (bio-LNG) tam bərpa olunan və təmiz yanacaqdır, istixana qazı emissiyaları qalıq yanacaqlardan orta hesabla 90% aşağıdır. Bioqazdan təbii qazla eyni sahələrdə istifadə edilə bilər.
“Gasum” şirkətinin strateji məqsədi 2027-ci ilə qədər öz müştərilərini biometan və e-metan da daxil olmaqla hər il “7 TWh” bərpa olunan qazla təmin etməkdir. Bu isə CO2 emissiyalarının ildə 1,8 milyon ton azalması demək olacaq.
Qeyd edək ki, bütün dünyada karbon qazı emissiyaları üzrə müəyyən edilmiş tələblərə cavab verməyən gəmilərdən rüsumların tutulması təklifi getdikcə daha tez-tez eşidilir.