Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-04,
Seanews
Heyder Eliyev

“GEFO” gəmiçilik şirkətinin 6 yeni tankeri rotor yelkənləri ilə təchiz ediləcək

Köməkçi dəniz külək mühərrikləri sistemlərinin yaradıcısı olan Finlandiyanın “Norsepower” şirkəti “GEFO Shipping Group”-un sifariş etdiyi 6 yeni tankeri rotor yelkənləri ilə təchiz edəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Tankerlər Çinin “Nantong Xiangyu Shipbuilding” gəmiqayırma zavodunda Almaniyanın “Ship Design & Consult” (“SDC”) konstruktor bürosunun layihəsinə əsasən tikilir. 2026-2028-ci illərdə hazır olmalıdır. Rotor yelkənləri artıq tikilmiş gəmilərdə quraşdırılacaq.

Sifariş verilən gəmilərdən dedveyti 3,8 min ton olan dörd kimyəvi tanker 20 metr hündürlükdə və 4 metr diametrdə bir rotorlu yelkənlə, digər iki tanker (dedveyti 7,9 min ton) hər biri hündürlüyü 28 metr və diametri 4 metr olan bir yelkənlə təchiz ediləcək.

Rotor yelkənləri Çində istehsal olunacaq. Onlar yığılmış və quraşdırma üçün hazır vəziyyətdə gəmiqayırma zavoduna təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır