

“Inmarsat Maritime” prezidenti: “Gəmiçilik sahəsi texnoloji transformasiya ərəfəsindədir”
Gəmiçilik sahəsi qarşıdakı onillikdə mühüm texnoloji transformasiyaya hazırlaşır.
“Seanews.az” xəbər verir ki, bunu “Inmarsat Maritime” şirkətinin prezidenti Ben Palmer bildirib.
Onun sözlərinə görə, son 50 ildə gəmilər ölçü və sürət baxımından dəyişsə də, əsas iş modeli XVIII əsrdən bəri dəyişməz qalıb. Palmer qeyd edib ki, sürətlə inkişaf edən rəqəmsal əlaqə texnologiyaları gəmiçilik əməliyyatlarında ciddi dəyişikliklərə səbəb olacaq.
İnnovasiyaların, o cümlədən süni intellekt, böyük verilənlər və bulud texnologiyalarının gəmiçilikdə geniş imkanlar yaratdığını bildirən Palmer, eyni zamanda sektorun tənzimləmə mexanizmlərinin zəifliyi səbəbindən bu dəyişikliklərin ləngiyə biləcəyini istisna etməyib.
O, həmçinin qeyd edib ki, sənayenin davamlı inkişafı üçün texnoloji biliklərə malik gənc və ixtisaslı kadrlara ehtiyac var.