Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

Uraloğlu: "Türkiyə bayraqlı gəmilər hər nöqtədən izlənilir"

 

"Türksat" tərəfindən hazırlanaraq idarə olunan Uzaq Məsafədən Gəmi Tanıma və İzləmə Sistemi (LRIT) Türkiyənin dənizlərdəki suverenliyini rəqəmsal təhlükəsizlik çərçivəsində möhkəmləndirir.

"Seanews.az" xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. 

O qeyd edib ki, LRIT sistemi vasitəsilə Türkiyə bayrağı altında üzən gəmilər dünyanın istənilən nöqtəsindən real vaxt rejimində izlənə bilir. Eyni zamanda, digər bütün gəmilərin də Türkiyə sularından min dəniz mili məsafəyə qədər hərəkətləri sistem üzərindən müşahidə olunur.

Uraloğlunun sözlərinə görə, sistem təkcə izləmə funksiyası daşımır, həm də dəniz qəzası hallarında nəzarət, axtarış-xilasetmə əməliyyatları və ətraf mühitin mühafizəsi sahələrində strateji rol oynayır.

Nazir əlavə edib ki, LRIT sistemi Beynəlxalq Mobil Peyk Təşkilatı (IMSO) tərəfindən hər il aparılan yoxlamalarda yüksək qiymət alır və onun kiber təhlükəsizlik səviyyəsi dünya standartlarını üstələyir.

"Türksat"-ın təqdim etdiyi mobil izləmə imkanları sayəsində bir gəminin mövqeyi, yük statusu və limana çatma vaxtı kimi məlumatlar da real rejimdə əldə olunur.

Uraloğlu qeyd edib ki, sistem 24/7 rejimində fəaliyyət göstərir və bu, dənizlərdə təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Sistemdə 300 brutto ton və daha yuxarı yük gəmiləri, sərnişin məlumatları və naviqasiya marşrutları kimi vacib informasiyalar birləşdirilib.

Nazir vurğulayıb ki, bu texnoloji infrastruktur həm milli, həm də beynəlxalq dəniz daşımaları üçün strateji əhəmiyyət daşıyır və Türkiyənin dənizlərdə rəqəmsal suverenliyinin təcəssümüdür.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır