Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-17,
Seanews
Heyder Eliyev

Dünyanın ilk ammonyak bunkerləmə gəmisi 2027-ci ildə istifadəyə veriləcək

Yaponiyanın nəhəng ticarət şirkəti "ITOCHU Corporation" ammonyak yanacağı ilə digər gəmiləri təmin edəcək dünyanın ilk bunkerləmə gəmisinin tikintisinə başlayıb.

"Seanews.az" xəbər verir ki, gəminin 2027-ci ilin sentyabrında istismara verilməsi planlaşdırılır. Bu təşəbbüs Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin dəstəyi ilə Sinqapurda həyata keçirilən “Ammonyakın dəniz yanacağı kimi istifadəsi üzrə nümayiş layihəsi” çərçivəsində reallaşır.

Layihəyə əsasən, 5 000 kubmetr tutumlu buxarlaşdırıcı sistemə malik gəmi "Sasaki Shipbuilding Co." tərəfindən inşa olunacaq və Sinqapur bayrağı altında qeydiyyata alınacaq. Gəminin ammonyak bunkerləmə sistemi "Izumi Steel Works" şirkəti tərəfindən hazırlanacaq.

"ITOCHU" bildirib ki, layihə yalnız Sinqapurla məhdudlaşmayacaq, şirkət bu texnologiyanın gələcəkdə İspaniya (Cəbəllütariq boğazı), Misir (Süveyş kanalı) və Yaponiya kimi strateji regionlarda tətbiqini nəzərdə tutur.

Gəminin maliyyələşdirilməsi Hiroşima Bankı tərəfindən dəstəklənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır