Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-30,
Seanews
Heyder Eliyev

BƏƏ-də ilk qadın gəmi kapitanı “Rahaal” adlı rəqəmsal dənizçilik platforması istifadəyə verib

Birləşmiş Ərəb Əmirliklərinin ilk qadın gəmi kapitanı Səhar Rasti ölkənin dənizçilik sektorunda bir ilkə imza atıb. O, BƏƏ-də dənizçilik sahəsində iş axtaranlar üçün nəzərdə tutulan ilk rəqəmsal platforma – “Rahaal”ı istifadəyə verib.

Seanews.az xəbər verir ki, ərəb dilində “səyyah” və ya “köçəri” mənasını verən “Rahaal” adının seçilməsi peşənin daim hərəkətdə və səfərdə olmasına işarə edir.

Kapitan Rasti bildirib ki, iş axtaranların əksəriyyəti haradan başlayacağını bilmir. Bu səbəbdən platforma dənizçilik şirkətləri və təhsil müəssisələri ilə əlaqələndirilərək kadetlərin və digər sahələr üzrə mütəxəssislərin iş tapmasını asanlaşdırır. Onun sözlərinə görə, platforma işəgötürən təşkilatları bir araya gətirərək iş axtarışını daha əlçatan və effektiv edir.

BƏƏ-nin Dəniz Nəqliyyatı üzrə Nazirlər Məsləhətçisi Həssa əl-Malək qeyd edib ki, “Rahaal” platforması milli kadrlara dəstək verməklə yanaşı, dənizçilik sahəsində yerliləşdirmə səylərini də gücləndirəcək. O əlavə edib ki, dənizçilər tez-tez tanışlıqlar hesabına iş tapırlar və bu platforma onları müxtəlif imkanlarla tanış edərək işəgötürənlərlə birbaşa əlaqə qurmağa imkan verəcək.

Platformanın məqsədlərindən biri də tələbə və məzunların karyera istiqamətlərini müəyyənləşdirməkdir. Al-Malək qeyd edib ki, bir çox məzunlar hansı sahədə fəaliyyət göstərəcəklərini bilmirlər və belə bir platforma bu məsələdə yol göstərici rolunu oynayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır