Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-31,
Seanews
Heyder Eliyev

Dənizçilikdə ilk: Scorpio Tankers gəmisinə mərkəzdənqaçma karbon tutma sistemi quraşdırılıb

Dənizçilik sənayesində ilk dəfə mərkəzdənqaçma tipli karbon tutma sistemi Scorpio Tankers şirkətinə məxsus LR2 tipli yanacaq məhsulları daşıyan tankerdə quraşdırılıb. Sistem Türkiyənin Beşiktaş Tərsanəsində yerləşən gəmiqayırma zavodunda tətbiq edilib.

Həm yeni inşa ediləcək, həm də mövcud gəmilər üçün nəzərdə tutulan bu texnologiya ABŞ-ın Carbon Ridge şirkəti tərəfindən hazırlanıb. Modul quruluşu sayəsində sistem ənənəvi karbon tutma qurğuları ilə müqayisədə 75 faizədək daha az yer tutur. Quraşdırma həm şaquli, həm də üfüqi formada həyata keçirilə bilər ki, bu da müxtəlif tipli gəmilərə uyğunlaşmanı asanlaşdırır. Tutulan karbon dioksid sıxılır, mayeləşdirilir və səfər müddətində saxlanılır.

Carbon Ridge şirkətinin açıqlamasına görə, sistem karbon qazı emissiyalarını 90 faizdən çox azaldır və bərk hissəciklər, azot oksidləri (NOₓ) və kükürd oksidləri (SOₓ) üzrə 99 faizdən artıq effektivlik təmin edir.

Şirkətin təsisçisi və baş direktoru Chase Dwyer bildirib ki, bu mərkəzdənqaçma karbon tutma sistemi indiyədək heç bir gəmidə tətbiq olunmayıb və təqdim edilən texnologiya gəmiçilik sənayesinin dekarbonizasiya səylərini dəstəkləmək üçün sərfəli, çevik və modul əsaslı həll təqdim edir.

Carbon Ridge həmçinin Katapult Ocean və Alfa8 fondlarının rəhbərliyi ilə əlavə maliyyələşdirmə raundunu tamamlayıb. İnvestisiya prosesində Crosscut Ventures və Berge Bulk şirkətləri də iştirak edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır