Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Dünyada ilk “yaşıl” ammonyak bunkerləmə əməliyyatı uğurla icra olunub

Çinin “COSCO Shipping Corporation” şirkətinin dəniz yanacağı təchizatı üzrə törəmə şirkəti “SINOBUNKER”  dünyanın ilk “yaşıl” dəniz ammonyakı ilə bunkerləmə əməliyyatını uğurla icra edib.

“Seanews.az” xəbər verir ki, əməliyyat Dalian şəhərində yerləşən “COSCO SHIPPING Heavy Industry” terminalında baş tutub.

Dövlət mediasının məlumatına görə, bu hadisə təkcə gəmiçilik sənayesində yeni standart müəyyənləşdirmir, həm də Çin gəmiçiliyinin “ikili karbon” hədəflərinə doğru atdığı mühüm addımdır.

Bu əməliyyatda istifadə olunan ammonyak tamamilə bərpa olunan elektrik enerjisi ilə istehsal edilib və istehsaldan daşınmaya, oradan da gəmilərdə istifadəyə qədər bütün dəyər zənciri üzrə inteqrasiya olunub.

İstifadə edilən “yaşıl” ammonyak “ISCC Plus” dayanıqlı inkişaf və karbon sertifikatına, həmçinin “Bureau Veritas“ tərəfindən verilmiş dünyanın ilk “bərpa olunan ammonyak” sertifikatına sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır