Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-21,
Seanews
Heyder Eliyev

“G2 Ocean” avadanlıq idarəçiliyində rəqəmsal sistem tətbiq edib

Gəmi operatoru “G2 Ocean” şirkəti avadanlıq idarəçiliyinə sərf olunan vaxtı həftəlik 20 saatdan çox azaldıb. Şirkət qlobal əməliyyatlarında rəqəmsal avadanlıq uyğunluq idarəetmə sistemi “Onix Work”-u tətbiq edib.

"Seanews.az" xəbər verir ki, yeni sistem bütün avadanlıqlar üçün rəqəmsal əkizlər yaradır, onların izlənməsi və idarə olunmasına imkan verir. Hazırda 290 məntəqədə 1 milyondan çox avadanlıq üçün standartlaşdırılmış uyğunluq qaydaları tətbiq olunur.

“G2 Ocean” 120 gəmisi ilə 1,6 milyon kütləvi avadanlıq və 6 700 seriyalaşdırılmış aktiv idarə edir.

Əvvəllər avadanlıqlara nəzarət manual proseslər və sənədləşməyə əsaslanır, həftəlik 40 saatdan çox vaxt aparırdı. “Onix Work” bütün məlumatları, sənədləri və tarixçəni mərkəzləşdirərək real vaxt rejimində yoxlamanı mümkün edib. 

Şirkətin Baş avadanlıq meneceri Ricard Stannard bildirib ki, proseslərin standartlaşdırılması təhlükəsizliyi, uyğunluğu və nəzarəti yaxşılaşdırıb və “Onix Work” vasitəsilə şirkət üzrə vahid standart tətbiq etmək mümkün olub.

“Onix” şirkətinin icraçı direktoru Unni Ulland qeyd edib ki, “G2 Ocean” sənaye üçün nümunə göstərir və bu kimi rəqəmsal sistemlər təhlükəsizliyi artıraraq əməliyyat dəyərinə ölçülə bilən fayda gətirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır