Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-21,
Seanews
Heyder Eliyev

"NYK Line" süni intellektlə idarə olunan gövdə təmizləmə texnologiyasının tətbiqini genişləndirir

Yaponiyanın "Nippon Yusen Kabushiki Kaisha" (NYK Line) şirkəti və gəmi təmizləmə texnologiyaları üzrə ixtisaslaşmış "Neptune Robotics" arasında yeni anlaşma memorandumu imzalanıb. Bu razılaşma tərəfdaşlığı daha da genişləndirərək "NYK"-nin qlobal donanmasında yanacaq səmərəliliyinin artırılması və dekarbonizasiya proseslərinin sürətləndirilməsi məqsədi daşıyır.

"Seanews.az" xəbər verir ki, "NYK" 2022-ci ildən bəri "Neptune" ilə əməkdaşlıq edir. 

Şirkətin məlumatına görə, "Neptune"-nin süni intellektlə idarə olunan təmizləyici robotları, ənənəvi təmizləmə üsulları ilə müqayisədə 10 dəfəyə qədər yanacaq qənaəti təmin edib və yanacaq sərfiyyatı ilə emissiyaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Yeni mərhələdə tərəfdaşlıq daha da genişləndiriləcək və robot texnologiyasının "NYK"-nin bütün donanmasında tətbiqi nəzərdə tutulur. Bu, ikinci mərhələdə illik yanacaq qənaətini və karbon emissiyalarının azalmasını daha da artıracaq. Layihənin bir hissəsi kimi, "NYK" həmçinin "Neptune" şirkətinin "Granite Asia" tərəfindən rəhbərlik edilən 52 milyon dollarlıq B seriyası investisiya raunduna da qoşulub.

Ənənəvi dalğıc əsaslı və ya ROV (uzaqdan idarə olunan aparat) üsullarından fərqli olaraq, "Neptune"-nin süni intellektlə təchiz edilmiş robotları tam yüklü "Capesize" tipli gəmilərin gövdəsini 3-5 dəfə daha sürətli, avtomatik və təhlükəsiz şəkildə, su səthinin üstündə və altında, hətta 4 dəniz mili sürətlə axan cərəyanlarda belə təmizləyə bilir. Bu robotlar gündüz və gecə, həm aydın, həm də bulanıq sularda işləyir və gəmi gövdəsinin örtüyünü zədələmədən təmizləmə aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır