"Lazaro Cardenas" liman terminalı tam elektriklə işləyən yeni STS kranını təhvil alıb
"Maersk" şirkətinə məxsus "APM Terminals"-ın idarə etdiyi Meksikanın "Lazaro Cardenas" liman terminalı tam elektriklə işləyən yeni "Super-Post-Panamax" tipli STS (ship-to-shore) kranını təhvil alıb.
Seanews.az xəbər verir ki, yeni kran 100 ton qaldırma qabiliyyətinə malikdir və müxtəlif ölçülü gəmilər üçün əməliyyat çevikliyini artırmaqla yanaşı, gəmilərin limanda qalma müddətini azaltmağa xidmət edəcək.
Avadanlıq terminalın genişləndirilməsi layihəsi çərçivəsində avtomatlaşdırılmış relsüstü portal kranları (ARMG) ilə inteqrasiya ediləcək və 2026-cı ilədək illik emal gücünün 2,2 milyon TEU-ya yüksəldilməsinə töhfə verəcək.
"APM Terminals Mexico" bildirir ki, bu yeni kran əməliyyatların müasirləşdirilməsi istiqamətində mühüm addımdır və limanda aşağı emissiyalı logistika infrastrukturunun gücləndirilməsini dəstəkləyir.

