Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-04,
Seanews
Heyder Eliyev

"OceanPal" süni intellekt infrastrukturuna yönəlir

Yunanıstanın gəmiçilik şirkəti "OceanPal" ənənəvi dəniz daşımalarından kənara çıxaraq süni intellekt və blokçeyn texnologiyalarına əsaslanan yeni istiqamətə yönəlib.

"Seanews.az" xəbər verir ki, şirkət "SovereignAI" adlı yeni törəmə müəssisə yaratmaq üçün 120 milyon ABŞ dolları məbləğində vəsait cəlb edib. Yeni rəqəmsal layihə "NEAR Protocol"-un kommersiyalaşdırılmasına və "NVIDIA" texnologiyası ilə dəstəklənən məxfi süni intellekt bulud infrastrukturunun yaradılmasını nəzərdə tutur.

"SovereignAI" "NEAR Foundation" ilə əməkdaşlıq çərçivəsində “universal süni intellekt suverenliyi” konsepsiyasına əsaslanan blokçeyn yönümlü infrastruktur qurmağı planlaşdırır. Bu model süni intellekt sistemlərinin mərkəzləşdirilməmiş şəbəkələrdə müstəqil və təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. 

"OceanPal" bəyan edib ki, "SovereignAI" şirkətin xəzinə idarəçiliyində yeni mərhələ açır, yəni passiv investisiya modelindən aktiv iştirak və rəqəmsal texnologiyaların quruculuğuna keçid mərhələsidir.

"SovereignAI"-nin Müşahidə Şurasına "NEAR Foundation"-un baş direktoru və həmtəsisçisi İllia Polosuxin rəhbərlik edəcək. Şuraya həmçinin "OpenAI", "Fabric Ventures" və "Quicknode" kimi təşkilatların nümayəndələri də daxildir. 

Semiramis Paliounun rəhbərlik etdiyi "Diana Shipping" şirkətindən ayrılaraq müstəqil fəaliyyət göstərən "OceanPal" quru yük və məhsul tanker donanmasının istismarını davam etdirəcək, eyni zamanda "SovereignAI" vasitəsilə rəqəmsal innovasiyalar sahəsində fəaliyyətini genişləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır