Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"ABS” və “Persona AI” gəmiqayırmada humanoid robotların tətbiqi üzrə əməkdaşlığa başlayıb

“ABS” və “Persona AI” gəmiqayırma sahəsində inspeksiya və təhlükəsizlik texnologiyalarının inkişafı üçün əməkdaşlıq memorandumu (MOU) imzalayıb.

"Seanews.az" xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Persona AI” şirkətinin insanabənzər robot platforması gəmiqayırma işlərində sınaqdan keçiriləcək.

Bu robotlar NASA-nın robot əl texnologiyasına əsaslanaraq hazırlanıb və ənənəvi sənaye robotlarından fərqli olaraq insan üçün nəzərdə tutulmuş dar və mürəkkəb iş sahələrində çevik hərəkət imkanı yaradır.

Bu əməkdaşlıq nəticəsində əldə edilən məlumatlar "ABS"-in yeni standartlarının hazırlanmasına töhfə verəcək. Söhbət rəqəmsal və uzaqdan yoxlama texnologiyalarını dəstəkləmək üçün tələb olunan məlumat növləri və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsindən gedir.

Yeni standartlar gələcək robot dizaynlarını müəyyənləşdirməklə yanaşı, robotik məlumatların toplanması və sertifikatlaşdırmada tətbiqi üçün də əsas göstəriciləri müəyyən edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır