Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"Bureau Veritas" nüvə enerjisi ilə işləyən gəmiçiliyin inkişafı üçün bəyannamə imzalayıb

"Bureau Veritas" Fransa və beynəlxalq tərəfdaşlarla birlikdə dəniz nəqliyyatında nüvə texnologiyalarının tətbiqinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcək. 

"Seanews.az" xəbər verir ki, bununla əlaqədar Parisdə keçirilən Dünya Nüvə Sərgisi çərçivəsində bəyannamə imzalanıb.

Layihə gəmiçiliyin dekarbonizasiyası məqsədilə kiçik modul reaktorların (SMR) istifadəsini təşviq edir və “Fransa 2030” investisiya planı çərçivəsində 1 milyard avro dəyərində maliyyə dəstəyi nəzərdə tutur.

Bəyannamə təhlükəsizlik, şəffaflıq və beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanaraq nüvə və dəniz sektorları arasında elmi və texnoloji əməkdaşlığın gücləndirilməsini hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır