Çin toriumla işləyən 14,000 TEU tutumlu konteyner gəmisinin layihəsini hazırlayır
Çin Dövlət Gəmiqayırma Korporasiyası (CSSC) və Çin Milli Nüvə Korporasiyası (CNNC) birgə 14,000 TEU tutumlu konteyner gəmisinin torium əsaslı ərimiş duz reaktoru (MSR) ilə işləyən konseptini hazırlayırlar.
"Seanews.az" xəbər verir ki, gəmi ənənəvi bunker yanacağına ehtiyac olmadan tamamilə bağlı dövriyyəli torium MSR sistemi vasitəsilə hərəkət edəcək.
Layihə mənbələri bildirir ki, dizayn mərhələsinin 2026-cı ildə yekunlaşması planlaşdırılır və tikintinin onilliyin sonlarına doğru başlaya biləcəyi ehtimal olunur.
Rəsmi şəxslər və layihə komandası torium MSR texnologiyasının təhlükəsizlik, səmərəlilik və miqyaslana bilmə üstünlüklərini vurğulayırlar. Bununla belə, beynəlxalq tənzimləmə çərçivələrinin hələlik tamamlanmamış qalması mühüm çətinliklərdən biri olaraq qalır. Beynəlxalq Dəniz Təşkilatı (IMO) nüvə ilə işləyən ticarət gəmilərinin istismarı üçün xüsusi qaydaları hələ yekunlaşdırmayıb.
Qeyd edək ki, dövlətə məxsus "Jiangnan Shipyard" iki il əvvəl "Marintec China" sərgisində ərimiş duz reaktoru texnologiyasını özündə birləşdirən 24,000 TEU-luq gəmi dizaynını təqdim etmişdi.

