Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

zərlə beynəlxalq daşımalarda onlayn bilet satışı ar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müştərilərə təqdim etdiyi  elektron bilet xidmətinə maraq çoxalıb. Belə ki, cari ilin yanvarında 39, fevralında 43 bilet online qaydada alınıb. Martda isə ümumilikdə 45-dən çox bilet online qaydada alınıb ki,  onların da  23-ü  ikitərəfli  olub. Qeyd edək ki, Gəmiçilikdə online bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir. O vaxtdan ümumilikdə online qaydada 209 bilet sifariş olunub. Bu biletlərin böyük hissəsini (140 ədədini)   ikitərəfli sifarişlər təşkil edib. Online bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Satılan biletlərin cəmi 6-sı Bakı-Türkmənbaşı istiqamətində olub. Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir. Müştəri hər hansı vasitəçiyə müraciət edib əlavə pul ödəmək məcburiyyətində deyil. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini  aşağıdakı internet ünvana daxil olmaqla etmək mümküdür.  https://public.acsc.az/online/payment/index/az/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır