Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-02,
Seanews
Heyder Eliyev

Yapon şirkətləri LCO₂ daşıyan gəmilər üçün standart dizayn hazırlayırlar

Yaponiyanın aparıcı gəmiqayırma şirkətləri və donama sahibləri mayeləşdirilmiş karbon qazı (LCO₂) daşıyan gəmilər üçün vahid, standart dizayn hazırlanması məqsədilə birgə təşəbbüsə başlayıblar.

"Seanews.az" xəbər verir ki, layihəyə “Mitsubishi Heavy Industries”, “Imabari Shipbuilding”, “Nihon Shipyard”, “Japan Marine United Corporation”, eləcə də donama sahibləri “NYK Line”, “MOL” və “K Line” qoşulub.

Qrupun məqsədi LCO₂ daşıyıcıları üçün standart dizayn çərçivəsi yaratmaq, bu sahədə tikinti səmərəliliyini artırmaq və gələcəkdə tələbat artımına hazır olmaqdır.

Şirkətlər bildirir ki, standart dizaynın tətbiqi bir neçə Yapon tərsanəsində paralel istehsala imkan yaradacaq və ölkənin gəmiqayırmada qlobal rəqabət qabiliyyətini gücləndirəcək.

Qeyd edək ki, təşəbbüsə “MILES" (Marine-design Initiative for Leading Edge Solution) rəhbərlik edir. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır