Bunker sektorunda inqilab: dörd yanacaq tək gəmidə
Cənubi Koreyanın "Sun Comprehensive Energy" şirkəti universal bunker gəmisinə dair yeni patentləşdirilmiş dizaynını nümayiş etdirib.
"Seanews.az" xəbər verir ki, sözügedən bunker gəmisi sıxlığı və temperaturu bir-birindən tam fərqli olan yanacaq növlərini – LNG, metanol, ammonyak və hidrogeni eyni gəmidən tədarük edə biləcək.
"Sun Comprehensive Energy"-nin baş direktoru Kanq Pyong-ho bildirib ki, bütün yanacaq növlərini tək bir gəmidən təhlükəsiz şəkildə təmin edən platforma texnologiyası gələcəkdə gəmiçilik və gəmiqayırma sənayeləri üçün standart olacaq.”
O həmçinin qeyd edib ki, bu patent yerli şirkətlərin qlobal bazarda rəqabət aparması üçün texniki baza yaradıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

