"ONE" Çində konteyner terminalında pay alıb
Konteyner daşımaları üzrə nəhəng şirkət "Ocean Network Express" (ONE) Çinin Dalian şəhərində yerləşən "Dalian Container Terminal"-da pay alınması ilə bağlı razılaşma imzalayıb.
"Seanews.az" xəbər verir ki, Çinin şimal-şərqində ən iri xarici konteyner ticarəti mərkəzində yerləşən terminalın illik ötürücülük qabiliyyəti 6,6 milyon TEU təşkil edir.
Terminal ümumi uzunluğu 4 390 metr olan 14 konteyner körpüsü ilə təchiz edilib. Müasir avadanlıqlara və böyük konteyner gəmilərini qəbul etməyə imkan verən dərinliklərə malik olan obyekt regionun əsas logistika mərkəzlərindən biri hesab olunur.
Sinqapur mənşəli "Ocean Network Express" hazırda 260-dan çox gəmidən ibarət donanma istismar edir və ümumi daşıma tutumu 2 milyon TEU-dan artıqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

