Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-30,
Seanews
Heyder Eliyev

Gələn ildən S-100 ECDIS-in tətbiqinə başlanılacaq

S-100 ECDIS sistemlərinin istifadəsinə 1 yanvar 2026-cı ildən etibarən icazə veriləcək.

"Seanews.az" xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı qərar qəbul edib.

Qərara əsasən, keçid dövrü 1 yanvar 2029-cu ilədək davam edəcək və bu tarixdən sonra quraşdırılan bütün yeni ECDIS sistemləri S-100 standartlarına uyğun olmalıdır.

Yeni tələblər 2022-ci ildə qəbul edilmiş MSC.530(106) qətnaməsinə əsaslanır və elektron naviqasiya sistemlərində müxtəlif məlumatların vahid platformada inteqrasiyasını nəzərdə tutur.

2026–2029-cu illər arasında quraşdırılan sistemlər həm mövcud, həm də yeni standartlara uyğun ola biləcək.

S-100 standartları elektron naviqasiya xəritələri, batimetriya, su səviyyəsi və səth cərəyanları kimi məlumatların ECDIS üzərindən təqdiminə imkan verəcək.

Mövcud ECDIS sistemlərinin dəyişdirilməsi məcburi deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır