Daha iki kimyəvi tankerdə külək dəstəyi texnologiyası tətbiq ediləcək
Kimyəvi tanker operatoru “Chemship” Niderlandın külək əsaslı hərəkət texnologiyaları üzrə ixtisaslaşmış şirkəti “Econowind” ilə yeni sifariş razılaşması bağlayıb. Razılaşmaya əsasən, şirkətin “Chemical Contender” və “Chemical Fighter” gəmilərinə hər birində dörd ədəd olmaqla 16 metr hündürlüyündə “VentoFoil” külək panelləri quraşdırılacaq.
“Seanews.az” xəbər verir ki, quraşdırma işlərinin 2026-cı ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır. Bu addım yanacaq sərfiyyatının və emissiyaların azaldılmasına yönəlib. Şirkət bildirib ki, oxşar texnologiyanın daha əvvəl “Chemical Challenger” gəmisində tətbiqi real istismar şəraitində yanacaq sərfiyyatını 15 faizə qədər azaltmağa imkan verib.
Yeni qurğular “Chemship” şirkətinin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq ekoloji tələblərə uyğunlaşmanı və gələcək tənzimləyici mexanizmlər, o cümlədən “FuelEU Maritime” çərçivəsində xərclərin idarə olunmasını dəstəkləyəcək.

