Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-03,
Seanews
Heyder Eliyev

 2025-ci ildə ikili yanacaqla işləyən gəmilərin sayı iki dəfə artıb

Dünya Gəmiçilik Şurasının (WSC) açıqladığı yeni məlumatlara görə, 2025-ci ildə alternativ və daha az emissiyalı yanacaqla işləyən gəmilərlə layner daşımalarının həcmi təxminən iki dəfə artıb. WSC-nin “Dual-Fuel Fleet Dashboard” üzrə illik hesabatı gəmi sahiblərinin IMO və digər tənzimləyici qurumların qərarlarını gözləmədən bu istiqamətdə investisiyalarını davam etdirdiyini göstərir.

Qeyd olunur ki, 2025-ci ilin sonuna ikili yanacaqla işləyən konteyner gəmiləri və avtomobildaşıyıcıların sayı 400-ə çatıb. Bu isə 2024-cü ilin sonundakı 218 gəmi ilə müqayisədə təxminən ikiqat artım deməkdir. Bundan əlavə, 726 belə gəmi hələ də sifariş portfelindədir, bu da 2025-ci ildə bir çox gəminin istismara verilməsinə baxmayaraq, ikili yanacaqlı gəmilərin payının qorunduğunu göstərir.

WSC hesablamalarına əsasən, istismarda olan və sifariş edilmiş gəmilər birlikdə götürüldükdə, konteyner və avtomobildaşıyıcı sektorlarında ikili yanacaqlı gəmilərin sayı 1 126-ya çatacaq. Bu, ötən il ümumi göstərici üzrə 28 faizlik artım və 150 milyard ABŞ dollarından çox investisiya deməkdir.

DNV-nin ümumi sifariş portfeli üzrə analizinə görə, 2026–2033-cü illərdə 1 138 gəminin təhvil verilməsi planlaşdırılır. Bu gəmilərin 40 faizi alternativ yanacaqla işləyəcək və növbəti səkkiz il ərzində alternativ yanacaqlı gəmilərin sayını demək olar ki, iki dəfə artıracaq.

Bildirilib ki, metanol yanacağı üzrə sifarişlərdə 2025-ci ildə müəyyən yavaşlama müşahidə olunsa da, alternativ yanacaqlara ümumi keçid tendensiyası davam edir. 2025-ci ildə verilən bütün gəmi sifarişlərinin təxminən 40 faizi alternativ yanacaqlı gəmilər olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır