Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-05,
Seanews
Heyder Eliyev

Çində elektriklə işləyən ən böyük konteyner gəmisi dəniz sınaqlarına başlayıb

Çində 10 min tonluq, elektrik enerjisi ilə işləyən ilk konteyner gəmisi dəniz sınaqlarına çıxarılıb. Gəmi bu tipdə inşa edilən ən böyük layihə kimi təqdim olunur və sahilyanı daşımalar üçün yeni texnoloji mərhələ hesab edilir.

“Seanews.az” xəbər verir ki, “Ning Yuan Dian Kun” adlı gəmi 2025-ci ilin sentyabrında suya buraxılıb, daha sonra təchizat və liman sınaqları başa çatdırılıb. Gəmi tikildiyi zavoddan çıxaraq Şanxay yaxınlığında dəniz sınaqlarına başlayıb. Sınaqlar zamanı enerji sistemi, hərəkət göstəriciləri və avtonom naviqasiya funksiyaları yoxlanılacaq.

Gəminin uzunluğu təxminən 128 metrdir və 740 TEU konteyner daşıma qabiliyyətinə malikdir. Maksimal sürəti 11,5 düyün təşkil edir.

Enerji sistemi 10 ədəd konteyner tipli batareyadan ibarətdir və ümumilikdə 19 min kilovat-saat güc yaradır. Bu enerji iki 875 kilovat gücündə mühərriki işə salır. Batareyalar sahildə yüksək gərginlikli enerji xətti ilə doldurula və ya dolu batareyalarla sürətlə dəyişdirilə bilər. Gəmidə əlavə enerji üçün günəş panelləri də quraşdırılıb.

Avtonom naviqasiya sistemi isə marşrut planlaşdırılması və toqquşmanın qarşısının alınması funksiyalarını yerinə yetirə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır