Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-07,
Seanews
Heyder Eliyev

Dənizdə pilotsuz era: “Corsair” fasiləsiz əməliyyat imkanlarını nümayiş etdirdi

"Saronic" şirkəti 7,3 metrlik "Corsair" avtonom dəniz vasitəsinin imkanlarını nümayiş etdirən birhəftəlik fasiləsiz sınaq əməliyyatlarını uğurla tamamlayıb.

“Seanews.az” xəbər verir ki, yeni pilotsuz katerlər ABŞ Hərbi Dəniz Qüvvələri ilə imzalanmış müqavilə çərçivəsində hazırlanıb. Səkkiz katerdən ibarət donanma sahildən 70 dəniz mili uzaqlıqda, 24/7 rejimində fəaliyyət göstərərək ümumilikdə 4500 dəniz milindən çox məsafə qət edib. Sahildəki Birgə Əməliyyat Mərkəzi tərəfindən uzaqdan idarə olunan bu vasitələr, real döyüş şəraitində insan amilinə ehtiyac duymadan nələrə qadir olduğunu sübut edib.

Katerlər insanın dözə bilməyəcəyi sərt hava şəraitində və 1,5 metrdən yüksək dalğalarda heç bir texniki nasazlıq olmadan tapşırıqları yerinə yetirib.

Sınaqların ən diqqətçəkən məqamı "Corsair"in dənizdə uzunmüddətli qalma (loiter) qabiliyyəti olub. Dizel mühərrikli bu platforma beş gün ərzində avtonom şəkildə mövqeyini qoruyaraq enerjiyə maksimum qənaət edib.  Şirkət mühəndisləri bu texnologiyanın dənizdə 50 gündən çox fasiləsiz qala biləcəyini təsdiqləyiblər.

Xüsusilə rabitənin kəsildiyi və elektron müdaxilələrin olduğu mühitlərdə "Corsair"in yalnız daxili sensorlar və passiv naviqasiya vasitəsilə hədəfi ələ keçirmə missiyalarını uğurla icra etməsi platformanın strateji əhəmiyyətini bir daha vurğulayıb. Birhəftəlik əməliyyat müddətində toplanan 17 TB həcmində məlumat süni intellekt alqoritmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır