Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-11,
Seanews
Heyder Eliyev

Süni intellekt əsaslı dəniz analitika platforması təqdim edilib

“Nagarro” və “Oceanly” şirkətləri gəmi məlumatlarını real vaxt rejimində əməliyyat qərarlarına çevirən yeni dəniz analitika platformasını təqdim edib.

“Seanews.az” xəbər verir ki, sistem Kopenhagendə keçiriləcək Dünya Dəniz Forumunda nümayiş etdiriləcək.

Platforma 600-dən çox gəmidən toplanan əməliyyat məlumatlarını süni intellekt vasitəsilə emal edərək avtomatik diaqnostika, nasazlıqların aşkarlanması, reys tövsiyələri və emissiya analizi təqdim edir. Bu funksiyalar IMO və Aİ ETS tələblərinə uyğunluğun təmin olunmasına kömək edir.

Şirkətlərin bildirdiyinə görə, sistem qərarvermə sürətini 40%-ə qədər artırır, yanacaq xərclərini 25%-ə yaxın azalda və əməliyyatların görünürlüyünü 30%-dən çox yaxşılaşdıra bilər. Platforma nasazlıqlar, reys planlaşdırılması, yanacaq optimallaşdırılması və texniki xidmət üzrə süni intellekt xəbərdarlıqları təqdim edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır