Müxtəlif istehsalçıların pilotsuz suüstü aparatlarını (USV) müqayisə edən ilk məlumat bazası istifadəyə verilib
Mərkəzi Cənubi Karolinada yerləşən avtonom texnologiyalar şirkəti "Janus Marine & Defense" sənayenin ilk missiya yönümlü və süzgəcli (filtrlənə bilən) verilənlər bazası olan "Janus Navigator"u təqdim edib.
“Seanews.az” xəbər verir ki, bu sistem satış imkanları olan 200-ə yaxın pilotsuz suüstü aparat (USV) platformasını müqayisə etmək imkanı yaradır.
Şirkətin bildirdiyinə görə, "Navigator" alıcılara orijinal avadanlıq istehsalçılarının (OEM) marketinq vədlərinə güvənmək əvəzinə, platformaları konkret missiya profilləri və texniki meyarlar əsasında qiymətləndirməyə imkan verir.
Bazaya yüksəksürətli hidroqrafik tədqiqat qayıqlarından tutmuş, təhlükəsizlik və dəniz robotexnikası gəmilərinə qədər müxtəlif aparatlar daxildir. İstifadəçilər aparatları missiya növü, ölçü, sinif və əlçatanlıq dərəcəsinə görə filtrləyə bilərlər.
Bu baza "Janus"un təklif etdiyi modelin ilk mərhələsidir. Platforma seçildikdən sonra şirkət sensor və faydalı yük inteqrasiyası, operator və texniki heyət üçün təlimlər, həmçinin müştəriyə özəl profilaktik texniki xidmət sistemlərinin qurulmasını təmin edir.
“Janus”, müxtəlif istehsalçılar tərəfindən rəsmi satış (resale) səlahiyyəti verilmiş ilk USV əməliyyat və texniki dəstək firmasıdır.

